Hövsandakı avtobus qəzası ilə bağlı BNA-dan açıqlama


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyi (BNA) Hövsanda marşrut avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib.

BNA-dan Yeniavaz.com-a verilən xəbərə görə, "Kral Transport" şirkətinin istismarında olan avtobusun qəzaya uğraması zamanı sərnişinlər arasında xəsarət alan olmayıb. 

Hazırda daşıyıcı şirkətin rəhbəri agentliyə çağırılıb, araşdırma aparılır.

Xatırladaq ki, bu gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 nömrəli xətt avtobusu BMW markalı avtomobillə toqquşub. Nəticədə avtomobilə ciddi ziyan dəyib.

DİGƏR XƏBƏRLƏR

Top