Heç kimin nəzarətində olmayan azyaşlı miqrantlar Fransanın paytaxtı Parisdə düşərgə qurub hakimiyyətdən onların daimi yaşayış ehtiyaclarını ödəmələrini tələb ediblər.
Yeniavaz.com xəbər verir ki, "Anadolu" agentliyi düşərgədən kadrlar yayımlayıb.
Fil Dişi, Mali, Seneqal və Əfqanıstan kimi ölkələrdən olan 18 yaşdan kiçik 33 uşaq mayın 28-dən Parisin Bastiliya meydanında “Utopia 56” xeyriyyə təşkilatı ilə birlikdə küçələrdə qalmaqdan şikayətlənərək çadırlar açıb.
Həmin kadrları təqdim edirik:
Unaccompanied children migrants set up a camp in France's capital Paris, demanding authorities meet their permanent accommodation needs pic.twitter.com/eVZI4FqKJm
— ANADOLU AGENCY (@anadoluagency) May 30, 2022