
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə idmançı social şəbəkə hesabında görüntülər paylaşıb.
105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda yerli Dariuş Popileklə qarşılaşıb.
Rəqibini məğlub edən Məhərrəmov qızıl medal qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz