İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb

İranın Xuzistan vilayətindəki Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, xilasedicilər itlərin köməyi ilə dağıntılar altından əlavə cəsədlər tapıblar.
Yerli mətbuatın yazdığına görə, binanın istismar müddətinin başa çatmasına baxmayaraq, burada ticarət, ictimai iaşə obyektləri fəaliyyətlərini davam etdirir. Binaya məsul şəxslər isə heç bir tədbir görməyiblər.
Ölü sayının artması ilə əlaqədar mayın 29-da İranın Nazirlər Şurası ölkədə 1 günlük matəm elan edib.
Qeyd edək ki, İranın Baş Prokurorluğunda mayın 23-də baş vermiş hadisə ilə bağlı cinayət işi başlanılıb və 15 nəfər həbs olunub. İstintaq aparılır.

DİGƏR XƏBƏRLƏR

Top