Sabah 33 dərəcə isti olacaq


Mayın 31-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.
Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top