Rubl bahalaşdı


Dolların məzənnəsi 64 rubldan, avronun məzənnəsi isə 66 rubldan aşağı düşüb.
Yeniavaz.com
xəbər verir ki, bazar ertəsi Moskva birjasında valyuta ticarətinin əvvəlində rubl əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə dollar və avroya nisbətdə 3%-dən çox möhkəmlənib.
Moskva vaxtı ilə saat 10:30-a olan məlumata görə, dollar 3,3% ucuzlaşaraq 64,5 rubla, avro isə 3,56% ucuzlaşaraq 67,21 rubladək azalıb.
Moskva birjasında hərracların açılışında dolların rubla nisbətdə məzənnəsi əvvəlki hərracların bağlanış səviyyəsi ilə müqayisədə 0,77% artaraq 67,21 rubl təşkil edib. Avro isə 0,1% bahalaşaraq 69,76 rubl təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top