“Mona Liza”ya tort atdılar - Video


Fransanın paytaxtı Parisdəki Luvr muzeyində saxlanılan italyan rəssamı Leonardo da Vinçinin məşhur “Mona Liza” tablosuna tort atıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Əlil arabasında və parikdə olan naməlum kişi tabloya yaxınlaşıb, sonra ayağa qalxaraq kətanın üzərindəki güllə keçirməyən şüşəni sındırmağa çalışıb.
Bundan sonra o, tortu tablonun şüşəsinə sürtüb və ətrafa qızılgül ləçəklərini səpələyib.
Qeyd edək ki, “Mona Liza” İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin yarım boy ölçülü portretidir. Əsərin 1503-1506-cı illərdə çəkildiyinə inanılır, lakin ehtimal edilir ki, Da Vinçi 1517-ci ilə kimi portret üzərində işləməyə davam edib.

DİGƏR XƏBƏRLƏR

Top