Türkiyədə maska tələbi ləğv edildi


Türkiyədə maska məcburiyyəti aradan qaldırılıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı qərarı səhiyyə naziri Fahrettin Koca elan edib.
Nazir bildirib ki, ardıcıl 3 gün ərzində yoluxma sayı mindən aşağı olub. Bu çərçivədə, ictimai nəqliyyatda maska tələbi aradan qaldırılır: 
“Xəstəxanalar istisna olmaqla, maska artıq məcburi deyil. Ancaq bütün bu təcrübədən sonra, xüsusən də izdihamlı qapalı yerlər üçün maskamızı özümüzlə götürə bilərik”.

DİGƏR XƏBƏRLƏR

Top