23 ildən sonra Premyer Liqaya yüksəldilər


İngiltərə Çempionşipində pley-off mərhələsinə yekun vurulub.

Yeniavaz.com xəbər verir ki, həlledici oyunda “Nottingem Forest” və “Haddersfild” komandaları üz-üzə gəlib. 
Rəqibini 1:0 hesabıyla məğlub edən “Nottingem Forest” növbəti mövsümdən İngiltərə Premyer Liqasında iştirak hüququ qazanıb.  
Qeyd edək ki, “Nottingem Forest” 23 illik fasilədən sonra Premyer Liqada iştirak hüququ qazanıb. Daha öncə çempion “Fulhem” və ikinci yerin sahibi “Bornmut” da elitaya vəsiqə qazanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top