Ermənistanda baş verən zəlzələ Azərbaycanda hiss olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 22:09-da Ermənistan ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.