Fransada 16 nəfər meymunçiçəyinə yoluxub


Fransanın səhiyyə orqanları ölkədə insanlarda meymunçiçəyinə yoluxma hallarının 16-a çatdığını təsdiqləyib.
Yeniavaz.com
Fransa mətbuatına istinadla xəbər verir ki, onların əksəriyyəti paytaxt Parisdə qeydə alınıb. Bu barədə Fransanın Milli İctimai Səhiyyə Agentliyi məlumat yayıb.
"Mayın 28-nə olan məlumata görə, Fransada 16 nəfərdə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınıb: İl-de-Fransda 12 (paytaxt regionu), Auvergne- Rhone-Alp (1), Oksitaniya (2) və Normandiyada (1)", - Agentliyin məlumatında bildirilir.
Qeyd edək ki, son zamanlar bir sıra Qərbi Avropa ölkələrində geniş yayılan meymunçiçəyi virusu digər qitələrdə də aşkarlanıb. İnfeksiya halları Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveçdə də qeydə alınıb.
ÜST-ə görə meymunçiçəyi epidemiyaları üçün ölüm nisbəti adətən 1 ilə 10% arasındadır, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.

DİGƏR XƏBƏRLƏR

Top