Son 2 gündə bulvarda 17 uşaq itkin düşüb - DİN


Son 2 gündə paytaxtın bulvar ərazisində 17 uşaq itkin düşüb.
Yeniavaz.com
xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, valideyn nəzarətindən yayınaraq itkin düşən 17 uşaq post patrul xidmətinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib..

DİGƏR XƏBƏRLƏR

Top