
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin nümayəndə heyətinin İsveç və Finlandiya heyətləri ilə görüşünü dəyərləndirib.
Yeniavaz.com “Hürriyet”ə istinadla xəbər verir ki, o ölkəyə rəhbərlik etdiyi müddətdə bu ölkələrin NATO-ya üzv olmaqlarına icazə verməyəcəyini bəyan edib:
“Təəssüf ki, nümayəndə heyətimizin Finlandiya və İsveçlə keçirdiyi görüşlər gözlənilən səviyyədə olmadı. Gözləntiləri var, amma Türkiyə ilə bağlı lazımi addımları atmayıblar, hələ də İsveçin Stokholm şəhərinin küçələrində terrorçuları gəzdirib, öz polisləri ilə təhlükəsizliyini təmin edirlər. Əslində iclas keçirdikləri günün axşamı İsveç dövlət televiziyasında Salih Müslüm adlı terrorçunu danışdırmaqla bizə qarşı hər cür yanlışlıqlar edir, F16 məsələsində mənfi münasibət və yanaşmalarını davam etdirirlər və s. Onlar dürüst deyillər, səmimi deyillər. Təhlükəsizlik təşkilatı olan NATO-da belə terrorçulara qucaq açan və qidalandıran ölkələrlə bağlı keçmişdə edilən səhvi təkrarlaya bilmərik.
Nə idi o səhv? Xüsusilə Yunanıstan keçmişdə NATO-dan çıxmışdı və o vaxtkı Türkiyə rəhbərliyi Yunanıstanın yenidən NATO-ya üzv olmasının yolunu açmışdı. Yunanıstan da eyni sözləri deyirdi ki, heç nə olmayacaq. Baxın, bu dəqiqə Yunanıstanın Avropaya nə az, nə çox, 400 milyard avro borcu var. Hazırda ABŞ-ın Yunanıstanda 5+4, yəni 9 bazası var. Bəs, bu bazalar kimə qarşı qurulur, bu bazalar niyə oradadır? Onların dedikləri budur: “Rusiyaya qarşı...” Yalandır... Dürüst deyillər. Bütün bunların qarşısında onların Türkiyəyə münasibəti ortadadır. Keçən gün Miçotakisə etdikləri budur. Amerikada Nümayəndələr Palatasının və Senatın qapılarını açıb onuı orada danışmağa məcbur etdilər. Bu çıxışda alqışladılarmı? Alqışladılar. Bütün bu hadisələrdə F16-lar yenidən gündəmə gətirilibmi? Gətirilib. Biz buna inanırıq; Müsəlman eyni yerdən iki dəfə sancılmaz. Bizi bu çuxurdan bir dəfə keçirdilər, bir daha etməyəcəyik. Nə qədər ki, Tayyib Ərdoğan Türkiyə Respublikasının başçısıdır, terroru dəstəkləyən ölkələrin NATO-ya daxil olmasına “hə” deyə bilmərik”.
Tətbiqimizi yükləyə bilərsiniz