
Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefonla danışacaq.
Yeniavaz.com “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.
“Rusiya ilə Ukrayna arasındakı bu müharibənin ən qısa zamanda sülhlə sona çatmasını təmənni edirik, amma görünən odur ki, proses hər gün mənfi istiqamətdə getməyə davam edir. Bazar ertəsi həm Rusiya Prezidenti, həm də Ukrayna Prezidenti ilə telefon danışığım olacaq. Tərəfləri dialoq və diplomatiya kanallarından istifadə etmək yönündə təşviq etməyə davam edəcəyik”,- deyə o bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz