XİN-dən Moldova və Tacikistan paylaşımı - Fotolar


“Bu gün Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Moldova Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirik”.
Yeniavaz.com
 xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Moldova ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tviterdəki paylaşımında yer alıb.
XİN həmçinin Tacikistanla əlaqələrin 30 illiyi münasibətilə də paylaşım edib.
“Bu gün Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Tacikistan Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Tacikistan əməkdaşlığın daha da inkişafını gözləyirik”, - paylaşımda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top