Rəsul Çunayev haqqındakı iddialara cavab verdi - Video


Xəbər verdiyimiz kimi, Yunan-roma güləşi üzrə Rio olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayev qonaq olduğu bir verilişdə müxtəlif ölkələrdən təkliflər aldığını və milli federasiya üçün problem olmadığı təqdirdə, həmin ölkələrdən birini seçəcəyini bildirmişdi.
Yeniavaz.com
xəbər verir ki, R. Çunayev sosial şəbəkə hesabları vasitəsilə video yayıb və haqqında yayılan "Rəsul Çunayev Azərbaycanı tərk edir" xəbərlərinə belə cavab verib:
“Son günlər haqqımda sosial şəbəkələrdə Azərbaycanı tərk etməyimlə bağlı məlumatlar yayılıb. Xəbərin altında isə qeyd edilib ki, rəsmi məlumat deyil. Mən heç yerə getməmişəm və getmək fikrim də yoxdur. Harasa yalnız Azərbaycanı təmsil etmək üçün gedə bilərəm. Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür. Bunu hər zaman yadda saxlayın”.
Qeyd edək ki, 31 yaşlı idmançı “CBC Sport” telekanalının “Bizim İdman” verilişində bu fikirləri səsləndirmişdi:
“Son vaxtlar mükəmməl variant seçmək üçün onların təkliflərini nəzərdən keçirirəm. Bəzi ölkələr hətta zədələrin müalicəsində də kömək etməyə hazırdırlar. Düşünmürəm ki, başqa ölkədə çıxış eləsəm, vətənimə münasibətdə yanlış olar. Bir çox tanınmış pəhləvanlar öz komandalarına düşmədikdə, başqa dövlətlər üçün mübarizə aparırlar.
İndi mənim üçün çətindir, dolandırmalı olduğum ailəm var. Buna görə də milli federasiya üçün problem olmasa, həmin ölkələrdən birini seçəcəyəm”.

DİGƏR XƏBƏRLƏR

Top