On aydır komada qalan Vətən müharibəsi qazisi şəhid oldu


Vətən müharibəsi iştirakçısı kiçik çavuş Yaqub Qəhrəmanlı şəhid olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onu tanıyanlar məlumat yayıblar. Bildirilib ki, o, Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında reanimasiyada olub.
Y.Qəhrəmanlı müharibədə başından zərbə alıb və gözünün arxa hissəsində qəlpə qalıb. YAŞAT Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Y. Qəhrəmanlı ötən ilin iyulunda komaya düşüb.
Qeyd edək ki, Y.Qəhrəmanlı Prezidentin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
“Azəriqaz”ın əməkdaşı olan Y.Qəhrəmanlı tibb xidməti çavuşu və həkim köməkçisi kimi öncə cəbhədə yaralılara tibbi xidmət göstərib.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top