Goranboyda eradan əvvələ aid əşyalar tapıldı - Foto


Goranboyda aparılan arxeloji qazıntılar nəticəsində müxtəlif rəngli muncuqlar, saxsı qablar, fərqli formalı insan skletləri, tapılıb.
Yeniavaz.com
xəbər verir ki, qədim dövrə aid tapıntılar eradan əvvəl IX-VIII əsrlərə, təxminən 2900-2800-il əvvələ aid nekropol Goranboyun Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpə də aşkarlanıb. AMEA-nın Naftalan-Goranboy arxeloji ekspedisiyasının qazıntılar apardığı ərazi 1 hektardan artıqdır. Son tunc və erkən dəmir dövrünə aid olan nekropolda bu günə qədər 19 qəbirdə arxeoloji qazıntı işləri aparılıb. Düzbucaqlı və oval formalarda hazırlanmış qəbirlərdə skeletlər sağ və sol yanı üstə, bükülü və yarımbükülü vəziyyətdə dəfn edilib. Skeletlərin ətrafından saxsı qablar, tunc və dəmirdən hazırlanmış silah nümunələri, müxtəlif materiallardan hazırlanmış bəzək əşyaları aşkar olunub.
AMEA-nın Naftalan-Goranboy arxeloji ekspedisiyasının rəis Müzəffər Hüseynov qəbrlərə aşkarlanan arxeloji materiallardan danışıb:
“Bütün saxsı qablar inkrustasiya olunmuş qablardır. Bu çox maraqlı məqamdır. Çox nəfis hazırlanıb. Bəzi qəbrlərdə, xüsusən də 30 qabın qoyulduğu bir qəbrdə bir qab və iki qab bitumla bərpa olunub. Fikrimizcə, 30 unikal qabın qoyulduğu qəbrə yenidən bir qabı bərpa edib qoymaq onların ehtiyacından deyil,o nların inancları ilə bağlıdır. Elə qəbrlər var ki, orada oyuqlar açılıb. Bu oyuqların açılması da onların inamları ilə bağlı ola bilərdi, çünki sonradan açılma izi tam hiss olunur.”
Tatarlı kəndi ərazisində yerləşən nekropol Xocalı-Gədəbəy mədəniyyətinin son dövrü, erkən dəmir dövrünə aiddir. Antropoloqlar bu nekropolun digərlərindən fərqləndiyini, qəbirlərin standart olmadığını bildirirlər.
Qeyd edək ki, Goranboy rayonu ərazisində yerləşən Muncuqlu təpə nekropolunda qazıntı işləri davam etdirilir. Oradan aşkar edilən maddi mədəniyyət nümunələri laborator şəraitdə tədqiq olunacaq və müəyyən nümunələr xarici ölkələrə göndəriləcək.

Esmira Hidayətova, Goranboy

 

DİGƏR XƏBƏRLƏR

Top