"Kinder"də salmonella çıxmasının səbəbi bilindi


"Kinder" məhsullarında aşkarlanan Avropanın bir çox ölkəsinə yayılmış və 100-dən çox uşağın yoluxduğu salmonella virusunun mənbəyi bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kinder” şokoladlarının istehsalçısı “Ferrero” şirkətinin baş direktoru Nikolas Neykov Fransanın “Le Parisien” qəzetinə açıqlamasında bildirib.
“Virus oraya ya daha əvvəl virus yoluxmuş xammal vasitəsilə daxil olub, ya da işçilər tərəfindən yoluxdurulub”, - Neykov deyib.
Neykov, virusun ilk aşkarlandığı vaxt, yəni dekabrın 15-də zavodu bağladıqlarını, sonrakı günlərdə testlərin mənfi çıxdığını və yenidən açdıqlarını deyib.
Qeyd edək ki, virus ilk dəfə Belçikadakı “Arlon” zavodunda aşkarlanıb. Bundan başqa, İsveç, İngiltərə və İrlandiyada da müyyən olunub.

Lamiyə Məmmədova

DİGƏR XƏBƏRLƏR

Top