General-mayor Teymur Quliyev azadlığa buraxıldı


Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, onların 7-si də azadlığa buraxılıb.
Azadlığa buraxılanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Teymur Quliyev və MTN-in digər vəzifəli şəxsləri var.
Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

DİGƏR XƏBƏRLƏR

Top