Ermənistanda müxalif deputatlara cinayət işi açılıb


Ermənistan parlamentinin müxalifətdən olan deputatları Artsvik Minasyan (“Hayastan” fraksiyası) və Taron Markaryan (“Şərəfim var” fraksiyası) barəsində cinayət işi açılıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ötən gün keçirdiyi brifinqdə A. Minasyan deyib.
Minasyan bildirib ki, o və T. Markaryan müxalifətin mitinqlərindən birinin iştirakçılarına pul paylamaqda şübhəli bilinir:
“Cinayət işi mayın 6-da Armavir vilayətində başlanıb. Bizə məlumat verilib ki, guya Taron Markaryan və mən etirazçılara pul paylamışıq”.
Millət vəkili vurğulayıb ki, bu iş uydurmadır, bu, hakimiyyətin əleyhdarlarına qarşı siyasi təqibdən başqa bir şey deyil.
Xatırladaq ki, Ermənistan müxalifəti bir neçə həftədir ki, İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.

DİGƏR XƏBƏRLƏR

Top