Sülhməramlıların komandanı Ermənistan müdafiə naziri ilə görüşdü


Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, general nazirə Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı vəziyyəti və cari məsələləri təqdim edib.
Tərəflər Rusiyanın regionda vəziyyəti sabitləşdirmək səylərini, eləcə də Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının tərəqqisini və effektivliyini yüksək qiymətləndiriblər.
Görüşdə həmçinin regional proseslərə dair fikir mübadiləsi aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top