“Moskva görüşünün gündəliyinin delimitasiya ilə heç bir əlaqəsi yoxdur”


“Mayın 24-də iki ölkənin sərhədində baş tutan Ermənistan və Azərbaycan Komissiyalarının sərhədlərin delimitasiyası və təhlükəsizliyi məsələsi üzrə ilk iclası konstruktiv şəkildə keçirilib”.
Yeniavaz.com
xəbər verir ki, bunu TASS-a müsahibəsində Ermənistan komissiyasının sədri, respublikanın baş nazirinin müavini Mher Qriqoryan deyib.
“Həqiqətən, mayın 24-də biz sərhəddə ilk görüşü keçirdik. Bu görüşdə biz gələcək birgə işin müstəsna olaraq təşkilati məsələlərini müzakirə etdik və bu baxımdan görüşü kifayət qədər konstruktiv hesab edirəm. Delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti iclasının tarixi ilə bağlı hələlik razılaşma yoxdur, lakin görüşün Moskvada keçiriləcəyinə dair təsdiq var”, - Qriqoryan bildirib.
Qriqoryan qeyd edib ki, Moskva görüşünün konkret tarixi hazırda razılaşdırılma mərhələsindədir:
“İclasın gündəliyinə isə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 9-cu bəndində və 11 yanvar 2021-ci il tarixli bəyanatında göstərilən razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər daxildir. Bu gündəliyin delimitasiya ilə heç bir əlaqəsi yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top