Türkmənistanda Rusiyanın dövlət kanallarının yayımı dayandırıldı


Türkmənistanda Rusiyanın "Rossiya 1" və "Zvezda" telekanallarının yayımıdayandırıldı.
Yeniavaz.com
“İnterfax”a istinadla xəbər verir ki, hər iki kanal ölkənin ən böyük lisenziyalı rabitə operatoru “Aşqabad Şəhər Telefon Şəbəkəsi” QSC tərəfindən yayımlananırdı.
Hazırda bu telekanallara keçid zamanı belə bir elan görünür:
"Ümumrusiya telekanallarının xarici peyklərdən yayımlanmasına məhdudiyyət qoyulduğu üçün bizdən asılı olmayan səbəblərdən telekanalın yayımı bağlanıb. Hazırda biz bunun üzərində işləyirik. Yayım tam şəkildə bərpa olunacaq”.
Rusiyanın digər telekanalları, o cümlədən “Birinci Kanal”, “RenTV”, “NTV”, “STS”, “TNT”, “Che”, “Match” və bir sıra digər telekanallar yayımını davam etdirir.
Qeyd edək ki, Türkmənistanda Rusiya və digər xarici telekanallara baxmaq yalnız yerli operator tərəfindən təqdim olunan kabel və “İP televiziya”da mümkündür.
Eyni zamanda ölkədə peyk televiziyası qeyri-rəsmi olaraq qadağan edilib. Bir neçə il əvvəl yerli hakimiyyət nümayəndələri sakinlərdən peyk antenalarını yığışdırmağı tələb ediblər.

DİGƏR XƏBƏRLƏR

Top