"İndiyə qədər əlillik ala bilməyənlərin də bir çoxu ala biləcək"


"Əvvəl əlilliyin meyarları 123 idisə, artırılaraq 563-ə çatdırılıb".
Yeniavaz.com
xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev "Sosial saat"da əlilliyin yeni meyarları barədə danışarkən deyib.
O bildirib ki, bunun nəticəsində indiyə qədər əlillik ala bilməyən şəxslərin də bir çoxu əlillik ala biləcək.
"Artıq əlillik qruplarla yox, 35-100 faiz aralığında ölçüləcək. Aparılan islahatların mahiyyəti insanları yoxlamalara cəlb etmək deyil, sistemə əlçatanlığı təmin etməkdir" - deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top