Türk geyim markaları Rusiyada mağazalarını açmaq istəyir


Türkiyənin bir neçə markası olan geyim və məişət əşyaları Rusiya bazarına çıxmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Bildirilib ki, şirkətlər Rusiyada “adL”, “Mudo”, “LTB”, “Twist” və “İpekyol” brend mağazalarının açılması üçün ticarət mərkəzləri ilə danışıqlar aparır.
Qəzetin yazdığına görə, bir sıra iri beynəlxalq şirkətlər Rusiyada işləri dayandırdıqdan sonra yerli operatorlar yeni şirkətlərlə əməkdaşlıqda maraqlıdırlar.
Rusiya Ticarət Mərkəzləri Şurasının prezidenti Dmitri Moskalenko “İzvestiya”ya türk şirkətləri danışıqların həqiqətən də davam etdiyini təsdiqləyib.
Rusiyada türk biznesini təbliğ edən “Surenkok Moskva” şirkətinin rəhbəri Ömür Surenkok qəzetə bildirib ki, şirkətlərin hər biri Moskvada və regionlarda 100-dən çox satış nöqtəsi açmağı planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top