ABŞ Tayvanın müstəqilliyini dəstəkləyəcək?


Amerika Birləşmiş Ştatları Tayvanın müstəqilliyini dəstəkləmir, lakin adada birtərəfli hərəkətlərə qarşı çıxır.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken ölkəsinin Çin siyasəti ilə bağlı çıxışı zamanı deyib.
"Biz Tayvanın müstəqilliyini dəstəkləmirik. Və biz gözləyirik ki, Tayvanla bağlı ziddiyyətlər sülh yolu ilə həll olunacaq. Pekin getdikcə daha çox təxribat xarakterli ritorikadan və Çin Xalq Azadlıq Ordusunun demək olar ki, gündəlik olaraq Tayvan yaxınlığında uçan təyyarələri kimi fəaliyyətlərdən istifadə edir. Bütün bu tip problemlər həll olunmalıdır” – deyə diplomat bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top