
Ukrayna hakimiyyəti Belarus şirkətinə məxsus mineral gübrələrlə dolu 188 vaqonu həbs edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhqiqat Bürosu məlumat verib. Bildirilib ki, Nikolayev vilayətində Dövlət Təhqiqat Bürosunun əməkdaşları dəniz limanının ərazisində 188 vaqonda mineral gübrə aşkar ediblər. Sanksiya qoyulmuş malların gömrük nəzarətindən qanunsuz keçirməyə çalışan vəzifəli şəxslər barəsində isə cinayət işi başlanıb.
Tətbiqimizi yükləyə bilərsiniz