"Qarabağ" mövzusunda ssenari müsabiqəsi elan olundu


“Azərbaycanfilm” kinostudiyası “Qarabağ” mövzusunda ssenari müsabiqəsi elan edir.
Bu barədə Yeniavaz.com-a qurumdan məlumat verilib.
Bildirilib ki, qaliblərin adları 2022-ci il avqust ayının 2-də Azərbaycan kinosu günündə elan olunacaq:
“C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Azərbaycanfilm - 100” adlı ssenari müsabiqəsi elan edir. Tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibəti ilə elan olunan müsabiqə “Qarabağ” mövzusunda keçirilir. Sənədlərin qəbulu 1 iyun – 30 iyun 2022-ci il tarixlərində elektron şəkildə [email protected] poçt ünvanı vasitəsilə aparılır.
Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.
Müsabiqənin qaliblərinə müvafiq olaraq 10 000, 8 000 və 5 000 manat məbləğində mükafat veriləcək”.
Müsabiqənin şərtləri ilə buradan tanış ola bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top