Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı


Bakı Su İdmanı Sarayında direktor dəyişikliyi olub.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə Azərbaycan Üzgüçülük Federasiyasının da vitse-prezidenti olan Elçin Həsənov işindən çıxarılıb.
Onun yerinə Zaur Yaqubov təyin edilib. Z.Yaqubov bunadək Azərbaycan Sənaye Korporasiyasının balansında olan “ASK Şüşə” MMC-nin direktoru və “Azəripək” MMC-nin (Şəki İpək Kombinatı) İdarə Heyətinin sədri olub. Bildirilib ki, o, yaxın günlərdə Bakı Su İdmanı Sarayının kollektivinə təqdim ediləcək.
Qeyd edək ki, Elçin Həsənov mərhum gənclər və idman naziri Azad Rəhimovun qaynıdır.
O, bu gün verdiyi müsahibədə A.Rəhimovun qaynı olması və buna görə işdən çıxarılması ilə bağlı suala belə cavab verib: “Məni üzrlü sayın, ancaq mən bu suala cavab vermək istəmirəm. Cavab versəm, subyektiv fikir alınar. Kim mənim üzümə gəlib deyə bilər ki, Azad Rəhimovun qohumu idin, ona görə işdən çıxmalısan. Amma indi yeni nazirdir, öz kadrlarını gətirir, bu normaldır. Həmişə necə olubsa, indi də elədir… Ancaq bu obyekt yeganə idman qurğusudur ki, həmişə yaxşı işləyib”.

DİGƏR XƏBƏRLƏR

Top