Azərbaycan erməni əsgəri təhvil verdi


Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan erməni əsgər Eduard Martirosov Ermənistan tərəfinə qaytarılıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüş zamanı əldə olunmuş razılığa əsasən və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri general-mayor Andrey Volkovun vasitəçiliyi ilə aprelin 23-də Ermənistan-Azərbaycan sərhədini keçən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Eduard Martirosov mayın 26-da Ermənistan tərəfə qaytarılıb”, - məlumatda bildirilib.
Xatırladaq ki, E. Martirosovun Ermənistana qaytarılacağı ilə bağlı daha əvvəl xəbər vermişdik.

DİGƏR XƏBƏRLƏR

Top