Nərimanovdakı yanğında xəsarət alanların son vəziyyəti açıqlandı - Video + Yenilənib


“Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın zamanı iki nəfər yaralanıb”.
Bu barədə Yeniavaz.com-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, onlar ilkin zəruri tibbi yardım göstərildikdən sonra, ambulator müalicə üçün evə buraxılıblar.


***16:33
Bakıda güclü yanğın başlayıb.
Yeniavaz.com
xəbər verir ki, hadisənin kadrları sosial şəbəkələrdə paylaşılıb. Yanğının Nərimanov rayonu ərazisində, “Ulduz” metrosunun yaxınlığındakı istehsal müəssisələrindən birində baş verdiyi bildirilir.
Qeyd olunur ki, əraziyə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin  Narimanov rayonu ərazisində sexdə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

***
FHN yanğınla bağlı daha bir məlumat yayıb.
 bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.
Əlavə məlumat veriləcək.

***
FHN-in yaydığı son məlumata əsasən, nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

***
Metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın söndürülüb.

FHN-nin mətbuat xidmətindən bildiriblər ki, yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində ümumi sahəsi təxminən 28 min kvadratmetr olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000 kvadratmetr hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin iki nəfər əməkdaşı yüngül xəsarət alıb.

 

DİGƏR XƏBƏRLƏR

Top