Mingəçevirdə narkomaniyaya qarşı tədbir keçirilib - Foto


Mingəçevir 10 saylı tam orta məktəbdə narkomaniya və onun fəsadları, yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, tədbirlə əlaqədar Mingəçevir şəhər Polis şəbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev şöbənin əməkdaşları ilə birgə 10 saylı tam orta məktəbdə olublar.
Zərərli vərdişlərin, narkomaniyanın və yol hərəkəti qaydalarının gənclər arasında təbliğ olunması və antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə keçirilən tədbirdə Mingəçevir şəhər polis şöbəsinin rəisi, şöbənin əməkdaşları, məktəbin şagird və müəllim kollektivi, şəhərin təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev iştirak ediblər.
Məqsəd ölkəmizdə, eləcə də Mingəçevirdə günü-gündən narkomaniyanın artmasının qarşısını almaq üçün maarifləndirici tədbirləri gücləndirməkdir.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top