Azərbaycanın Ukraynaya göstərdiyi yardımın miqdarı açıqlandı


“Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var və biz iki böyük ölkə ilə yüksək səviyyəli, qlobal əməkdaşlıq və tərəfdaşlıq əlaqələrindən danışırıq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində deyib.
C. Bayramov bildirib ki, Ukraynadakı vəziyyət açıq şəkildə böyük narahatlıq doğurur: “Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tərəfləri sürətli dialoqa çağırıb və tərəflər arasında birbaşa danışıqların aparılmasının vacibliyini vurğulayıb. Qeyd etmək istərdim ki, dövlətimizin başçısı artıq müharibənin ilk günlərində hər iki ölkənin prezidentləri ilə telefon danışıqları aparıb. Azərbaycan beynəlxalq münasibətlərdə həmişə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutub. Azərbaycan 30 ilə yaxındır ki, hüquqi ədalətsizliklərdən əziyyət çəkən ölkə kimi beynəlxalq hüquqdan irəli gələn və tələb olunan qaydalara hörmətin tərəfdarıdır. Ona görə də Azərbaycanın bu problemlərin Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh və danışıqlar yolu ilə həllinin vacibliyini vurğulaması təbiidir”.
Nazir xüsusilə qeyd edib ki, Azərbaycan Ukraynaya humanitar yardım göstərən ilk ölkələr sırasındadır: “Bu günə qədər biz Kiyevə 15 milyon avro dəyərində humanitar yardım göstərmişik”.

DİGƏR XƏBƏRLƏR

Top