Hövsanda ev tikmək istəyən qazi döyülüb? - Video


Sosial şəbəkələrdə Suraxanı rayon Hövsan qəsəbəsində müharibə iştirakçısı Hikmət Əsgərovun tikinti apardığı ərazidə insidentin baş verməsini əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, müharibə iştirakçısının apardığı tikintiyə müdaxilə etmək istəyən Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşlarına etiraz etdiyi iddia olunur.
H. Əsgərov qanuni əsaslarla tikinti aparmasına dövlət qurumlarının imkan vermədiyini və zorakılığa məruz qaldığını iddia edib.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top