Bakıda polislər qəzaya düşdü - Fotolar


Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub.

Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi “Fiat” markalı avtomobil ona çırpılıb.

Qəza zamanı iki polis əməkdaşı və “Mercedes”-in sürücüsü ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.




DİGƏR XƏBƏRLƏR

Top