Gəncədə yaşayış binasında partlayış: Ölən var - Fotolar


Gəncədə yaşayış binasında partlayış baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda yerləşən binaların birində qeydə alnıb. Belə ki, beşmərtəbəli binanın sonuncu mərtəbəsində baş verən qaz sızması nəticəsində partlayış baş verib.
Partlayışdan sonra binanın 5-ci mərtəbəsindəki mənzildə anidən yanğın başlayıb.
Dərhal hadisə yerinə FHN-in yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Mənzildə olan 38 yaşlı kişinin meyiti aşkar edilib. Ölənin 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziya oğlu olduğu bildirilir.


DİGƏR XƏBƏRLƏR

Top