Uşaq bağçasındakı görüntülərlə bağlı nazirlikdən açıqlama - Fotolar


Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat yayıb.
O bildirib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, sosial şəbəkələrdə 1 saylı körpələr evində uşaqlara az və keyfiyyətsiz yeməklər verilməsi ilə bağlı görüntülər yayılıb.
 


DİGƏR XƏBƏRLƏR

Top