
Kiyevin Rusiya ilə diplomatik danışıqları bərpa etmək üçün heç bir ilkin şərti yoxdur.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Rusiya ilə diplomatik danışıqları bərpa etmək üçün heç bir ilkin şərtimiz yoxdur. Ukrayna tərəfi üçün Rusiya ilə danışıqlar masasına oturmaq emosional baxımdan son dərəcə çətindir. Ancaq bu bizə sülh gətirməyə kömək edəcəksə, biz emosiyaları idarə etməyə hazırıq", - deyə o qeyd edib.