DYP-yə yeni mətbuat katibi təyin edildi


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən polis mayoru Rövşən Tağıyev Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni polis polkovniki Namidan Piriyev tuturdu. Daha sonra o, Daxili İşlər Nazirliyi  Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə
rəhbər təyin edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top