İsveç və Finlandiya ilə danışıqlar barədə Türkiyədən açıqlama - Yenilənib


İsveç və Finlandiyanın NATO-ya daxil olması prosesi Türkiyənin tələbləri yerinə yetirilməyənə qədər baş tutmayacaq.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Ankarada Türkiyənin İsveç və Finlandiya nümayəndə heyətləri ilə danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.
"NATO təhlükəsizlik ittifaqıdır, ona görə də bu ittifaqın ən əsas məsələsi təhlükəsizlik problemlərinin ittifaqın bütün üzvləri üçün bərabər və ədalətli şəkildə həll edilməsidir. Biz terror təşkilatlarına qarşı konkret tədbirlərin görülməsini istəyirik. Biz istəyirik ki, aydın addımlar atılsın. Qeyd etdiyim tələblər yerinə yetirilməsə, bu proses  davam edə bilməz” - deyə o vurğulayıb.

***20:10
İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətlərinin Ankarada keçirilən danışıqları başa çatıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, danışıqlar təxminən 5 saat davam edib.
Türkiyə tərəfini Prezident sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal təmsil edib. Türkiyə rəsmiləri əvvəlcə iki Skandinaviya ölkəsinin nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşüb, daha sonra hər üç tərəfin görüşü keçirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top