
Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının ikinci iclası gələn həftə Moskvada keçiriləcək.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Gələn həftə baş tutacaq, ümid edirik”, - o, TASS-ın müxbirinin bununla bağlı sualını cavablandırarkən deyib.
Qeyd edək ki, ötən gün Azərbaycan XİN Ermənistanla sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşünün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilməsi ilə bağlı məlumat yayıb.
Tətbiqimizi yükləyə bilərsiniz