Rubl bir az da bahalaşdı


Mayın 25-ə olan məlumata əsasən Moskva birjasının valyuta hərracında dolların məzənnəsi 2018-ci ilin fevralından bəri ilk dəfə 56 rubldan, avronun məzənnəsi isə 2015-ci ilin iyun ayından bəri ilk dəfə 58 rubldan aşağı düşüb.
Yeniavaz.com
xəbər verir ki, Moskva vaxtı ilə saat 10:00-a (Bakı vaxtı ilə 11:00) olan məlumata görə, dollar 1,58% dəyər itirərək 55,9 rubla düşüb. Avronun məzənnəsi 2,5% azalaraq 57,21 rubl təşkil edib.
Bugünkü məzənnəyə əsasən, 1 rubl 0,0307 manata bərabərdir.
Rublun 3 qəpikdən (0,0301 manat) yuxarı rəsmi məzənnəsi sonuncu dəfə 2018-ci il martın 6-da müəyyən edilib.
Qeyd edək ki, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra bu ölkəyə qarşı tətbiq edilən sərt sanksiyalar rublun kəskin ucuzlaşmasına səbəb olub. Rusiya Bankının (Mərkəzi Bank) və Maliyyə Nazirliyinin inzibati nəzarət alətlərindən istifadə edilməsi nəticəsində rubl müharibədən əvvəlki səviyyəyə qayıdıb.

DİGƏR XƏBƏRLƏR

Top