Ukraynada daha 3 “kadırovçu” öldürüldü


Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Severodonetsk şəhərində Çeçenistan Daxili İşlər Nazirliyi xüsusi təyinatlı alayının polis kapitanı, “kadırovçu” Asvad İdrisovu zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Strateji Kommunikasiyalar İdarəsi məlumat yayıb.
Ukrayna KİV-də yayılan məlumatlara görə, bundan əlavə, alayın beşinci tağım komandiri gizir Qapur Dakalov və alayın dördüncü tağım komandirinin müavini, baş çavuş Əli Betişev də həlak olub.
Qeyd edək ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi hərbi əməliyyatlarlar çərçivəsində yüzə yaxın “kadırovçu”nun öldürülməsi ilə bağlı məlumat yayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top