Evlərdən 30 min manatlıq oğurluq olub


Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Müşfiqabad qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Arif Nadirov və Sitarə Məmmədova müəyyən edilərək saxlanılıblar.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbəsindəki evlərin birindən 3500 manat dəyərində qapı, məişət əşyaları, elektrik naqilləri, 2 ədəd pəncərə və dəmir barmaqlıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ələkbər Ələkbərov saxlanılıb.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ. İsmayılov küçəsindəki evlərin birindən 7000 manat, 300 ABŞ dolları, 1000 manat dəyərində qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Əbülfəz Almuradov müəyyən edilərək saxlanılıb.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.İsmayılov küçəsindəki evlərin birindən 150 manat pul və 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəfa İsmayılov saxlanılıb. 
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çubuqlu kəndindəki evlərin birindən 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Elmin Bəkirov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top