Moskvada karantinlə bağlı cərimələr ləğv edildi


Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin şəhərin icra hakimiyyətlərininkarantin qaydalarının pozulmasına görə təyin edilmiş, lakin ödənilməmiş cərimələrin yığılması üzrə işi dayandıracağını açıqlayıb.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, o, bu barədə şəxsi bloqunda yazıb.
"Vətəndaşların real gəlirlərində azalma müşahidə edirik. Ona görə də mən COVID amnistiyası elan etmək qərarına gəldim. Moskvanın icra hakimiyyətləri koronavirusla bağlı məhdudiyyətlərin pozulmasına görə təyin edilmiş, lakin ödənilməmiş cərimələrin yığılması üzrə işləri dayandıracaq”, - Sobyanın bildirib.
Ümumilikdə, Moskva hakimiyyəti koronavirus məhdudiyyətlərini pozduğuna görə təxminən 13,6 milyard rubl cərimənin ödənilməsini dayandıracaq.
Sergey Sobyanin həmçinin qeyd edib ki, Moskva hökuməti əvvəllər ödənilmiş cərimələri kompensasiya etmək üçün biznes sahiblərinə və vətəndaşlara subsidiyalar ödəyəcək.

DİGƏR XƏBƏRLƏR

Top