Elmir Nəbiyev İrəvanda erməniyə qalib gəldi - Video


Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev ötən gün Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında rinqə çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, 54 kq çəki dərəcəsində mübarizə aparan E. Nəbiyev ilk qarşılaşmasında Ermənistan təmsilçisi Canik Sahakyanla üz-üzə gəlib.
Nəbiyev erməni rəqibini 3:2 (29:28, 28:29, 29:28, 28:29, 29:28) məğlub edərək növbəti mərhələyə keçib.
Görüşün kadrlarını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top