ABŞ-da yeniyetmə məktəbə hücum etdi - 21 nəfəri öldürdü


Ötən gün ABŞ-ın Texas ştatının Yuvald şəhərində ibtidai məktəbdə 18 yaşlı Salvador Ramosun törətdiyi silahlı insident  nəticəsində 19-u uşaq və 2-i böyük olmaqla azı 21 nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CNN” Texas İctimai Təhlükəsizlik İdarəsinin sözçüsünə istinadən məlumat yayıb.
Yerli KİV-in məlumatına görə, insident təxminən saat 12:00-da (Bakı vaxtı ilə 21:00) başlayıb, bir saat sonra polis atəş açan şəxsin tutulduğunu elan edib.
Ştat senatoru Roland Qutierrez bildirib ki, hadisədən bir qədər əvvəl təcavüzkar nənəsini güllələyib. O əlavə edib ki, qadın sağ qalıb, xəstəxanaya yerləşdirilib.
Texas qubernatoru Qreq Abbottun sözlərinə görə, hücum edən şəxs tək hərəkət edib, hadisə yerinə gələn polis onu zərərsizləşdirib. S. Ramos tapança ilə silahlanıb, bundan əlavə, onun yanında tüfəng də olub.
Qubernator qeyd edib ki, 13 məktəbliyə tibbi yardım göstərilir, onlardan ikisi San Antonio şəhərindəki xəstəxanaya çatdırılıb. Bundan əlavə, 45 yaşlı şəxs də güllə yarası alıb.

DİGƏR XƏBƏRLƏR

Top