Rusiya Ukrayna taxılını oğurlayır – Peyk görüntüləri


Rusiyanın Ukrayna taxılının oğurlanmasına dair peyk görüntüləri yayılıb.
Yeniavaz.com
CNN-ə istinadla xəbər verir ki, görüntülərdə Rusiya bayrağı altında üzən iki yükdaşıyan gəminin oğurlanmış Ukrayna taxılını yüklədiyi görünür.  “Maxar Technologies” şirkətinin 19 və 21 may tarixli yeni şəkillərində “Matros Pozniç” və “Matros Koşka” gəmilərinin taxıl silosları kimi görünən obyektlərin yanında yerləşdiyi və açıq anbara taxıl töküldüyü göstərilir. “MarineTraffic.com” gəmi izləmə saytının məlumatına görə, gəmilərdən biriEgey dənizindən keçərək Beyruta doğru yol alıb.

DİGƏR XƏBƏRLƏR

Top