Macarıstanda fövqəladə vəziyyət elan edildi


Macarıstanın baş naziri Viktor Orban Avropada iqtisadi böhrana səbəb olan Ukrayna münaqişəsi fonunda ölkədə fövqəladə vəziyyət elan edib. 
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Facebook”da məlumat yayıb.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə ölkənin enerji və maliyyə təhlükəsizliyini təhdid edir. "Biz görürük ki, müharibə və Brüsselin sanksiyaları böyük iqtisadi sarsıntılara və qiymətlərin kəskin artmasına səbəb olub. Dünya iqtisadi böhran ərəfəsindədir. Hökumət konstitusiyadan irəli gələn hüququndan istifadə edərək, fövqəladə vəziyyət elan edir”-deyə Orban qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top